Cəmiyyət

Füzulidə Mədəniyyət Evi yanır

Sharing is caring!


Füzulidə Mədəniyyət Evi yanır.

“Report” xəbər verir ki, yanğın axşam saatlarında rayonun Zobcuq qəsəbəsində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən briqadası cəlb edilib. Hazırda yanğının söndürülməsinə çalışılır.

Qeyd edək ki, ümumi sahəsi 500 kvadratmetr olan Mədəniyyət Evində klub icma mərkəzi və Füzuli Mərkəzləşmiş Kitabxana Sisteminin filialında fəaliyyət göstərir.

Yanğının səbəbləri ekspertizanın nəticələrindən sonra məlum olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir