Dünya

İtaliyada NATO əleyhinə aksiya: Azı səkkiz nəfər yaralanıb – VİDEO

Sharing is caring!




İtaliyanın cənubundakı Neapol şəhərində polis əməkdaşları ilə NATO əleyhinə nümayişçilər arasında toqquşma baş verib. Qarşıdurma nəticəsində azı səkkiz aksiyaçı yaralanıb.

Bu barədə yerli media xəbər verib.

Bildirilir ki, aralarında çoxlu gəncin də olduğu etirazçılar Şimali Atlantika Alyansının 75-ci ildönümünə həsr olunmuş konsertin planlaşdırıldığı San Karlo Teatrına girməyə cəhd ediblər. Nümayişçilər hesab edirlər ki, meriya mədəniyyətin simvollarından olan teatrı belə bir tədbir üçün ayırmamalı idi.

Neapolda artıq aprelin 19-da Kapri adasında “Yeddilik” xarici işlər nazirlərinin iclasının yekun günü üçün də yeni etiraz aksiyası elan edib.

Mənbə: Corriere della Sera

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir