Dünya

Ukrayna Silahlı Qüvvələrinin iki komandiri işdən çıxarıldı – FOTO

Sharing is caring!




Ukrayna Silahlı Qüvvələrinin “Cənub” və “Qərb” operativ komandanlıqlarının komandirləri Andrey Kovalçuk və Sergey Litvinov tutduqları vəzifələrdən azad ediliblər.

Bu barədə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko “Telegram” hesabında paylaşım edib.

“Cənub” operativ komandanlığının komandiri Andrey Kovalçuk və “Qərb” operativ komandanlığının komandiri Sergey Litvinov işdən çıxarılıblar”, – deyə o, paylaşımda bildirib.

Aleksey Qonçarenko, həmçinin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin 59-cu briqadasının keçmiş briqada komandiri, polkovnik Gennadi Şapovalov “Cənub” operativ komandanlığının komandiri təyin edilib. “Qərb” operativ komandanlığına isə daha əvvəl ərazi müdafiə qüvvələrində xidmət etmiş briqada generalı Vladimir Şvedyuk komandir təyin olunub. Komandirlərin işdən çıxarılması və təyinatı ilə bağlı rəsmi sənədlər hələ dərc edilməyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir