Dünya

Tanınmış baş məşqçi Almaniya klubuna ömürlük üzv seçilib – FOTO

Sharing is caring!

Şotlandiyalı tanınmış baş məşqçi Ser Aleks Ferqyuson Almaniyanın “Ayntraxt” klubunun ömürlük fəxri üzvü seçilib.

Oxu.Az xəbər verir ki, bu barədə Frankfurt klubunun “X” hesabında məlumat yayılıb.

Bundesliqa təmsilçisi bu münasibətlə Ferqyusona 10 nömrəli forma hədiyyə edib.

82 yaşlı mütəxəssis Almaniya klubu ilə həmişə sıx təmasda olduğunu, “Ayntraxt”ın üzvü olmaqdan məmnunluq hissi keçirdiyini deyib. O, UEFA Kubokunun 1979/80 mövsümündə Şotlandiya “Aberdin”ini çalışdırarkən “Ayntraxt”la qarşılaşıb. Həmin matçda Ferqyusonun komandası məğlub olub.

Qeyd edək ki, Aleks Ferqyuson 1986-2013-cü illərdə “Mançester Yunayted” ilə işləyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir