Dünya

Almaniyalı hərbçi Rusiyaya casusluqda ittiham edildi

Sharing is caring!

Almaniya Baş Prokurorluğu ölkə vətəndaşını Rusiyaya casusluqda və rəsmi sirləri açıqlamaqda ittiham edib.

Bu barədə qurumun açıqlamasında deyilir.

Hərbçi Tomas H. 9 avqust 2023-cü ildə saxlanılıb. O, Federal Silahlar, İnformasiya Texnologiyaları və Tətbiqlər İdarəsində (Almaniya Müdafiə Nazirliyinə tabe olan struktur) işləyib. Bu idarə həm də Almaniya Silahlı Qüvvələri üçün hərbi məhsulların satın alınması ilə məşğul olub.

Tomas 2023-cü ilin may ayından etibarən öz təşəbbüsü ilə dəfələrlə Rusiyanın Bonndakı Baş Konsulluğu və Berlindəki Rusiya səfirliyi ilə əlaqə saxlayıb və əməkdaşlıq təklif edib.

“Təqsirləndirilən şəxsin xarici kəşfiyyata işlədiyini söyləmək üçün kifayət qədər əsaslar var. Bu baxımdan o, həm də rəsmi sirri yaymaqda ittiham olunur”, – prokurorluq qeyd edib.

Bildirilib ki, hazırda Tomas H. istintaq təcridxanasındadır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir