Dünya

Türkiyədə avtobus aşdı: Çox sayda yaralı var

Sharing is caring!

Türkiyədə Ankaradan Van istiqamətində hərəkət edən sərnişin avtobusu aşıb.

Məlumata görə, qəzaya səbəb sürücünün sükan idarəetməsini itirməsi olub.

Qəzada sürücü də daxil olmaqla 15 nəfər xəsarət alıb. Yaralılar Kırşehir Təhsil və Araşdırma Xəstəxanasında müalicə olunurlar.

Polis qəza ilə əlaqədar magistral yolda təhlükəsizlik tədbirləri görüb və nəqliyyatın hərəkəti nəzarət altına alınıb.

Qəza ilə əlaqədar araşdırma başladılıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir