Dünya

Conson Putinə görə G20 sammitini boykot etməməyə çağırıb

Sharing is caring!

Böyük Britaniyanın baş naziri Boris Conson Qərbi Rusiya prezidenti Vladimir Putinin iştirak edəcəyi təqdirdə İndoneziyada keçiriləcək G20 sammitini boykot etməməyə çağırıb.

“Əgər G20 kimi tədbirləri əldən buraxsanız, təbliğat imkanlarını başqalarına vermək riskiniz var”, – deyə o, bildirib.

Britaniyanın baş naziri Putinin sammitə şəxsən qatılacağı təqdirdə “həqiqətən təəccüblənəcəyini” deyib.

Qeyd edək ki, G20 sammiti noyabrın 15-16-da İndoneziyanın Bali şəhərində keçiriləcək.

Vladimir Putin G20 sammitinə dəvəti qəbul edib. Prezidentin tədbirdə şəxsən və ya videobağlantı vasitəsilə iştirak edəcəyi hələ ki, məlum deyil.

Mənbə: mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir