Dünya

ABŞ-də arıların qəfil hücumu səbəbindən tennis matçı yarımçıq dayandırılıb – VİDEO

Sharing is caring!

ABŞ-nin İndian-Uells şəhərində (Kaliforniya) ispan Karlos Alkaras və alman Aleksandr Zveryev arasında keçirilən “Masters” seriyalı turnirinin 1/4 final matçı arıların hücumu səbəbindən yarımçıq dayandırılıb.

İlk setdə hesab 1:1 olduğu zaman oyunun davamına hazırlaşarkən arılar Alkarası mühasirəyə alıblar.

Təxminən 45 dəqiqə sonra əynində qoruyucu geyim olmayan arıçı Lens Devis tozsoranla arıları çəkiliş kamerasından çıxara bilib. Fasilə 1 saat 48 dəqiqə davam edib.

“Birinci setin üçüncü oyununda ilk xalı qazandım və ötürmə etməyə hazırlaşırdım. Arıları gördüm, amma çox deyil, yalnız bir neçə arı olduğunu düşündüm. Sonra səmaya baxdım və minlərlə arı gördüm. Yanıma uçub saçıma dolaşırdılar. Bu, dəhşət idi”, – deyə Alkaras daha sonra bildirib.

Görüş Alkarasın 6:3, 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Mənbə: fontanka.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir