Cəmiyyət

Məleykə Abbaszadə: “Hələ də müəllim peşəsi qadın işi kimi qəbul edilir”

Sharing is caring!


“Beş-on ildən sonra məktəblərə tədris etdiyi fənni güclü bilən müəllimlərin gələcəyini gözləyə bilərik”.

Oxu.Az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, pedaqoji ixtisaslara qəbulla bağlı araşdırmalar aparılıb:

“Məlum olub ki, 2009-cu ildən bu ixtisas üzrə qəbul planı artıb. Bu il qəbulun 20 faizini məhz pedaqoji ixtisas təşkil edib. Hələ də müəllim peşəsi qadın işi kimi qəbul edilir. Oğlanlar əsasən texnologiya sahəsinə üstünlük verirlər”.

Sədr əlavə edib ki, bu il pedaqoji ixtisaslar üzrə abituriyentlərin orta bal göstəricisi 343 olub.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir