Dünya

Türkiyəli nazir: “Zəngəzur dəhlizinin açılması yükdaşımaların həcmini 25 milyon tona qədər artıracaq”

Sharing is caring!

“Zəngəzur dəhlizinin açılması Orta Dəhliz istiqamətində yükdaşımaların həcmini ildə 1 milyon tondan 25 milyon tona qədər artıracaq”.

Bu barədə Türkiyənin infrastruktur və nəqliyyat naziri Abdulkadir Uraloğlu “TRT Haber”ə müsahibəsində bildirib.

O qeyd edib ki, Zəngəzur koridoru Bakı-Tbilisi-Kars dəmir yolu üçün də alternativ olacaq.

Nazirin sözlərinə görə, bu yol sadəcə nəqliyyat dəhlizi deyil, həm də Türk dünyasını birləşdirən amil olacaq.

A.Uraloğlu onu da əlavə edib ki, Bakı-Tbilis-Kars dəmir yolunda davam edən təmir işləri gələn ay bitəcək.

Nazir Zəngəzur dəhlizin Türkiyədən keçməsinin ölkənin sənayesinə, texnologiyasına, turizminə töhfə verəcəyini də vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir