Dünya

Dünya çempionu arvadını öldürməkdə ittiham olunur – FOTO

Sharing is caring!

Velosiped idmanı üzrə dünya çempionu Roan Dennis həyat yoldaşını öldürməkdə ittiham olunub.

İdmançının həyat yoldaşı Melissa Hoskinsini yaşadıqları evin qarşısındakı həyətyanı ərazidə avtomobillə vurduğu məlum olub.

Baş verənlərdən sonra dünya çempionu 15 ilə qədər həbs oluna bilər. Onun məhkəməsi bu ilin avqustunda baş tutacaq.

Xatırladaq ki, Dennis Yaponiyada keçirilən Olimpiadanın bürünc mükafatçısı və dördqat dünya çempionudur. Onun həyat yoldaşı da Avstraliyanın velotrek üzrə komandasının heyətində dünya çempionu olub.

Mənbə: The Guardian

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir