Dünya

İranlı admiral: “Rusiya və Çinlə təlimlər yeni dəniz alyansının yaradılacağından xəbər verir”

Sharing is caring!

“Rusiya, İran və Çinin iştirakı ilə “Dəniz təhlükəsizlik kəməri – 2024” hərbi dəniz təlimlərinin keçirilməsi Hind okeanının şimalında təhlükəsizliyi təmin etmək üçün yeni alyansın formalaşmasından xəbər verir”.

Bunu İslam Respublikasının nümayəndəsi, İran Hərbi Dəniz Qüvvələrinin ikinci kontr-admiralı Mustafa Tac əd-Dini deyib.

“Bu mühüm təlimlər ardıcıl beş ildir keçirilir və dünya Hind okeanının şimal hissəsində təhlükəsizliyi təmin etmək üçün İran, Çin və Rusiyanın yeni beynəlxalq ittifaqın yaradılmasının şahidi oldu”, – deyə İran nümayəndəsi qeyd edib.

Əd-Dininin sözlərinə görə, gələcəkdə bu təlimlərdə tamhüquqlu iştirakçı olmaq üçün Azərbaycan, Qazaxıstan, Oman, Pakistan və Cənubi Afrikanın hərbi dəniz qüvvələrinin nümayəndələri müşahidəçi qismində çıxış ediblər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir