İqtisadiyyat

BMT-nin proqram rəhbəri: “COP29-da iqlim dəyişikliyi ilə mübarizə üçün daha çox fəaliyyət gözləyirik”

Sharing is caring!

“Bakıda keçiriləcək COP29-da iqlim dəyişikliyi ilə mübarizə üçün əlavə tədbirlərin görülməsi gözlənilir”.

Bu barədə “Report”a açıqlamasında BMT Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Maimuna Mohd Şərif bildirib.

“Mən 2018-ci ildən UN-HABITAT-da işləyirəm və bir çox COP-da iştirak etmişəm. Biz daha çox fəaliyyətlər görmək istərdik. Kifayət qədər danışıq, artıq çox sayda qəbul edilmiş qətnamələrimiz var, biz yerlərdə real fəaliyyətin olmasını istəyirik. Biz, həmçinin, aşağıdan yuxarıya idarəetmə strategiyası vasitəsilə yerli hökumətləri və cəmiyyətləri cəlb etmək istəyirik”, – o qeyd edib.

Xatırladaq ki, bu ilin noyabrında Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir