Dünya

Putinin tələbə yoldaşı Rusiya Ali Məhkəməsinin sədri ola bilər – FOTO

Sharing is caring!

Vyaçeslav Lebedevin ölümündən sonra boşalan Ali Məhkəmənin sədri vəzifəsinə ən real namizəd onun müavini, iqtisadi mübahisələr üzrə kollegiyanın rəhbəri İrina Podnosova hesab edilir.

Bu barədə “Vedomosti” mənbələrə istinadən məlumat verib.

Podnosova ilə bağlı hələ hər hansı qərar verilməməsinə baxmayaraq, prezident administrasiyasına yaxın olan mənbə, “Vedomosti”nin həmsöhbətlərindən biri onun təyinatını ən məntiqli variant hesab etdiyini deyib. O bunu Podnosovanın məhkəmə ictimaiyyətində çoxdan tanınması ilə izah edib.

Nəşrin mənbələri qeyd ediblər ki, Ali Məhkəmənin sədri vəzifəsinə bir neçə namizəd ola bilər, lakin Podnosova ön sıralardadır.

70 yaşlı İrina Podnosova Pskovda anadan olub. 1970-1975-ci illərdə Vladimir Putin kimi, Leninqrad Universitetinin Hüquq fakültəsində təhsil alıb. Bundan sonra vəkil işləyib, 1990-cı ildə isə hakim olub. Fəaliyyət göstərdiyi illər ərzində Podnosova Leninqrad Vilayət Məhkəməsinə və Ümumi Yurisdiksiya üzrə İkinci Apellyasiya Məhkəməsinə rəhbərlik edib.

2020-ci ildə Ali Məhkəmənin sədr müavini vəzifəsini tutub. O zaman İrina Podnosova məhkəmə sistemində çox nüfuzlu şəxs kimi qiymətləndirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir