Dünya

Belqorodda döyüş gedir: Ukrayna kəşfiyyatı Rusiya ərazisinə girməyə çalışır – FOTO/VİDEO

Sharing is caring!

Rusiyanın Belqorod vilayətində, sərhədə yaxın ərazidə Rusiya hərbçiləri ilə Ukrayna diversiya-kəşfiyyat qrupu arasında döyüşlər gedir.

Bu barədə “SHOT” “Telegram” kanalı öz mənbələrinə istinadən məlumat verib.

Mənbənin sözlərinə görə, 30 nəfərdən ibarət Ukrayna diversiya-kəşfiyyat qrupu Rusiya ərazisinə girməyə cəhd edir. Döyüşlər zamanı 12 ukraynalı hərbçi və iki “Bradley” maşını məhv edilib.

Qrup Ukraynanın Popovki kəndindən Spodaryuşino kəndinə yaxınlaşıb. Hazırda orada döyüşlər gedir. Aviasiya havaya qaldırılıb.

Həmçinin, Qrayvoron və Kozinka da atəş altındadır.

Eyni zamanda, Belqorod şəhərinə Ukrayna tərəfindən raket hücumları davam edir.

Sosial şəbəkələrdə səhər saatlarında baş verən partlayışların görüntüləri yayılıb. Videoda raketin yolla hərəkət edən avtomobilə düşməsindən sonra maşının alovlandığı kadrlar əks olunub.

Partlayış nəticəsində avtomobilin sürücüsü ölüb, daha üç nəfər yaralanıb.

Şəhər meri hava hücumundan müdafiə sisteminin işə düşdüyünü və səkkiz hava hədəfinin vurulduğunu qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir