Dünya

Niderland ordusunun baş komandanı: “Rusiya ilə müharibəyə hazırlaşmaq lazımdır”

Sharing is caring!


“Niderland müharibədən ciddi şəkildə qorxmalı və cəmiyyətimiz buna hazırlaşmalıdır”.

Bu fikri Niderland ordusunun yeni ildə təqaüdə çıxacaq baş komandanı Martin Vaynen bildirib.

Generalın fikrincə, Haaqa İsveç, Finlandiya və Baltikyanı ölkələrdən nümunə götürməlidir, çünki onlar Rusiya Federasiyası ilə həmsərhəddirlər və ya ona yaxındırlar, ona görə də müharibənin başlanmasına daha yaxşı hazırlaşırlar.

“Niderland anlamalıdır ki, bütün cəmiyyət nəyinsə yanlış gedəcəyi ehtimalına hazır olmalıdır. Təhlükəsizliyimizə yalnız Rusiyadan 1500 kilometr uzaqda olduğumuz üçün zəmanət verildiyini düşünməməliyik. Mülki əhalinin fövqəladə hallarda qida və içməli su təchizatı olmalıdır”, – deyə Vaynen qeyd edib.

General xəbərdarlıq edib ki, Rusiya Federasiyası güclənməkdə davam edir, ona görə də çəkindirici vasitə kimi güclü ordu lazımdır.

“Rusiyanın başa düşdüyü tək bir dil var, o da güclü ordunun dilidir”, – deyə o, ölkənin hərbi kadr çatışmazlığı probleminin həllinin vacibliyini vurğulayıb.

Mənbə: focus.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir