Dünya

“Adidas” 32 ildən sonra ilk dəfə zərərə düşdü

Sharing is caring!

İdman malları istehsalçısı “Adidas” 2023-cü ilin sonunda xalis itki ilə üzləşib ki, bu da 1992-ci ildən bəri ilk haldır.

Bu barədə şirkətin 2023-cü il üzrə maliyyə hesabatında deyilir.

2023-cü ilin sonunda onun xalis zərəri 14 milyon avro, davam edən fəaliyyətlərdən maliyyə itkiləri isə 58 milyon avroya çatıb. Halbuki, bir il əvvəl “Adidas” 638 milyon avro xalis mənfəət açıqlayıb.

İtkilərin əsas səbəbi “Adidas” ilə amerikalı hip-hop sənətçisi Kanye Vestin “Yeezy” brendi arasında əməkdaşlığın kəsilməsi olub. Şirkətin hesablamalarına görə, brendin məhsullarının qalan hissəsi maya dəyəri ilə satılır.

2024-cü ildə “Adidas” əməliyyat mənfəətində 500 milyon avro səviyyəsinə çatmağı planlaşdırır. Alman şirkətinin direktorlar şurası itkilərə baxmayaraq, dividend ödənişlərini hər səhm üçün 70 avro sent səviyyəsində saxlamaq niyyətindədir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir