Dünya

Mauro İkardi uşaq pərəstişkarları ilə bağlı paylaşım etdi: “Nəsillərimizin tarixinə yazılacaq…” – FOTO

Sharing is caring!

Türkiyənin Diyarbəkir vilayətinin Eğil rayonunda yerli uşaqların xahişi ilə bələdiyyə tərəfindən məhəllə divarlarına yerli və xarici futbol ulduzlarının şəkilləri çəkilib.

“Beşiktaş”lı Vinsent Aboubakar, “Fənərbağça”lı Edin Dzeko ilə yanaşı “Qalatasaray” klubunun argentinalı ulduz forvardı Mauro İkardi də şəkli çəkilənlər arasında olub.

İkardi bununla bağlı sosial “Instagram” hesabında paylaşım edib.

O, uşaq pərəstişkarlarının onun şəklinin qarşısında çəkilmiş fotosunu dərc edib və fotoya şərh verib.

“Hər uşaqda nəsillərimizin tarixinə yazılacaq yeni bir fəsil var. Balaca aslanlar böyüyürlər”, – deyə İkardi qeyd edib.

Mənbə: 12punto.com.tr

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir