Dünya

Pəhləvanlarımız Türkiyədə yeddi medal qazandılar

Sharing is caring!

Azərbaycan güləşçiləri Türkiyədə keçirilən beynəlxalq turnirin ilk günündə yeddi medal qazanıblar.

Türkiyənin Antalya şəhərində gənclər arasında güləş üzrə “Victory Cup” beynəlxalq turniri keçirilir.

Artıq turnirin ilk günündə Azərbaycan güləşçiləri yeddi mükafat qazanmağa nail ola biliblər.

Qazandığımız yeddi medaldan ikisi qızıl olub.

Belə ki, yunan-Roma güləşçiləri Turan Daşdəmirov (51 kiloqram) və Yusif Əhmədli (71 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Mənbə: Azerisport.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir