İdman

Çempionlar Liqası: I təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək

Sharing is caring!

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

Oxu.Az-ın məlumatına görə, ilk oyun günündə 10 qarşılaşma oynanılacaq.

Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda Polşanın “Lex” klubunu qəbul edəcək. “Köhlən atlar” səfərdəki qarşılaşmada rəqibinə 0:1 hesabı ilə uduzub.

İsveç “Malmö”sü İslandiyada “Vikinqur”la üz-üzə gələcək. Qonaqlar ilk matçda qələbə qazanıb – 3:2. Bolqarıstan “Lüdoqorets”i isə Monteneqroda “Sutyeska”nın qonağı olacaq. Bolqarıstan çempionu ilk görüşdə iki top fərqi ilə qalib gəlib – 2:0.

12 iyul

UEFA Çempionlar Liqası

Cavab oyunları

19:30. RFŞ (Latviya) – HIK (Finlandiya)

İlk oyun – 0:1.

20:00. “Jalgiris” (Litva) – “Balkani” (Kosovo)

İlk oyun – 1:1.

20:00. “Qarabağ” (Azərbaycan) – “Lex” (Polşa)

İlk oyun – 0:1.

20:00. “Linkoln” (Cəbəllütariq) – “Şkupi” (Şimali Makedoniya)

İlk oyun – 0:3.

21:00. “Şerif” (Moldova) – “Zrinski” (Bosniya və Herseqovina)

İlk oyun – 0:0

22:00. “Tirana” (Albaniya) – “Düdelanj” (Lüksemburq)

İlk oyun – 0:1.

22:00. “Klasksvik” (Farer adaları) – “Budye Qlimt” (Norveç)

İlk oyun – 0:3.

22:00. “Hibernians” (Malta) – “Şemrok Rovers” (İrlandiya)

İlk oyun – 0:3.

23:00. “Sutyeska” (Monteneqro) – “Lüdoqorets” (Bolqarıstan)

İlk oyun – 0:2.

23:30. “Vikinqur” (İslandiya) – “Malmö”

İlk oyun – 2:3.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir