Dünya

Ryazanda neft anbarına dronlarla hücum edildi: Yaralananlar var – VİDEO

Sharing is caring!

Rusiyanın Ryazan şəhərində neft bazasına pilotsuz uçuş aparatları (PUA) hücum edib, nəticədə müəssisədə yanğın başlayıb. Yaralananlar var.

Bu barədə regionun qubernatoru Pavel Malkov xəbər verib.

Yerli mediada üç dronla hücum edildiyi barədə məlumat verilib. Sakinlərin sözlərinə görə, səhər yerli vaxtla saat 06:48-də neft emalı zavodundan partlayış səsləri eşidilib, ardınca ətrafı qara tüstü bürüyüb.

Məlumata görə, hadisə nəticəsində iki nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə bir neçə yanğınsöndürən briqada yollanıb. İki əsas neft distillə qurğusunun yandığı vurğulanır.

Xatırladaq ki, dünən Belqorod, Voronej, Kursk, Moskva, Oryol və Tula vilayətləri təyyarə tipli dronlarla vurulub. Həmçinin Ukrayna ordusu pilotsuz uçuş aparatlarının köməyi ilə “Lukoyl”un Rusiyanın Nijni Novqorod vilayətində yerləşən neft anbarına hücum edib. Oryol vilayətində neft bazasına da zərbə dəyib və yanacaqla dolu çən alışıb.

Mənbə: Newizv.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir