Dünya

Hindistanda xəstənin mədəsindən 63 qaşıq çıxdı

Sharing is caring!

Hindistanda həkimlər xəstənin mədəsindən 63 qaşıq çıxarıblar.

Məlumata görə, kişi şiddətli qarın ağrısı ilə xəstəxanaya yerləşdirilib. Həkimlər əvvəlcə narahatlığın şişdən qaynaqlandığını düşünsələr də, yaxından müayinə etdikdən sonra təəccübləndilər. Məlum olub ki, xəstənin qarın boşluğunda 63 qaşıq olub.

hindistanlı iki saat davam edən təcili əməliyyata alınıb.

“35 illik karyeramda belə hala rast gəlməmişəm”, – proseduru həyata keçirən cərrah etiraf edib.

Xəstənin yaxınları onun yerli klinikalardan birində narkomaniyadan müalicə aldığını bildiriblər. Bundan əlavə, həkimlər kişinin psixi problemləri olduğu qənaətinə gəliblər.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir