Dünya

Üzən mini-şəhər layihəsi hazırlanır

Sharing is caring!

Xorvatiyanın gəmiqayırma şirkəti “Brodosplit” 547 mənzil üçün nəzərdə tutulmuş 230 metrlik unikal sərnişin laynerinin hazırlanmasına başlayıb.

Gəminin göyərtəsində onlarla restoran və bar, idman zalları, kitabxana, həmçinin çoxlu mağazalar, hovuzlar, fitnes mərkəzi və xəstəxana tikiləcək.

Avstraliyanın “Storyline” startapının layihsəinin dəyəri təxminən 1,5 milyard dollardır.

Gəmi okeanlarda və dənizlərdə əbədi olaraq səyahət edəcək, bəzən limanlarda dayanacaq.

Laynerdəki mənzillərinsahəsi 22 ilə 133 kvadratmetr arasında dəyişəcək. Onların qiyməti bir milyondan səkkiz milyon dollara qədər  olacaq. Bundan əlavə, arzu edənlər 650 min dollara iki il müddətinə mənzil kirayə götürə biləcəklər.

Mənbə: motor.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir