Dünya

“Lufthansa” stüardessaları tətil etdilər: 70 min insan…

Sharing is caring!


Almaniyada uçuş bələdçiləri və stüardessaların tətili başlayıb.

Tətil səbəbdən “Lufthansa” hava yolları şirkətinin yüzlərlə reysi təxirə salınıb və onminlərlə sərnişin çarəsiz vəziyyətdə qalıb.

Səhər saatlarında uçuş bələdçiləri Almaniyanın ən böyük hava limanı olan Frankfurt-Maynda tətilə başlayıblar. “Lufthansa” əməkdaşları gecə saatlarına qədər tətili davam etdirmək niyyətindədirlər.

Xatırladaq ki, ötən gün hava yolu şirkəti Frankfurtda 600 reysin ləğv ediləcəyini və buna görə 70 min sərnişinin ziyan görəcəyini bildirib.

Həmçinin aksiyanın Münhen hava limanında da davam etdirilməsi planlaşdırılıb ki, bu zaman 400 reysin ləğvi üzündən 50 min sərnişin uçuşlarını gerçəkləşdirə bilməyəcək.

Uçuş bələdçilərinin həmkarlar ittifaqı “Lufthansa” işçilərinin maaşının 15 faiz artırılmasını, 3000 avro mükafat və daha yüksək bonuslar verilməsini tələb edir.

Mənbə: “Bild”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir