Dünya

Rusiyada istilik elektrik stansiyası yanır – FOTO/VİDEO

Sharing is caring!


Sosial şəbəkələrdə Rusiyanın Sankt-Peterburq şəhərində Cənub İstilik Elektrik Stansiyasının yandığı barədə xəbərlər yayılıb.

Hələlik yanğının səbəbləri ilə bağlı rəsmi açıqlama verilməyib.

Ölkənin Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, İES ərazisində ikimərtəbəli anbar binası yanıb. Yanğının sahəsinin 80 kvadratmetr olduğu vurğulanır.

Xatırladaq ki, bu gün səhər saatlarında Rusiya-Ukrayna sərhədində şiddətli döyüşlər başlayıb. Həmçinin, Ukrayna ordusu pilotsuz uçuş aparatlarının köməyi ilə “Lukoyl”un Rusiyanın Nijni Novqorod vilayətində yerləşən neft anbarına hücum edib.

Mənbə: Fontanka.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir