Cəmiyyət

Qubada 26 yaşlı gəncin qətli ilə bağlı cinayət işinin ibtidai istintaqı yekunlaşıb

Sharing is caring!


Qubada 26 yaşlı gənci qətlə yetirməkdə təqsirləndirilən Murad Abbasovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

“Report” xəbər verir ki, iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Aynur Rzayevanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin iyununda Quba rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Murad Abbasovun aralarında yaranmış mübahisə zamanı Quba şəhəri ərazisində 1997-ci il təvəllüdlü Rəhman Rəhmanova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

M.Abbasova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb və Murad Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir