Dünya

ABŞ-dən illik neft hasilatında dünya REKORDU

Sharing is caring!


ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına əsasən, ölkədə neft hasilatı ardıcıl olaraq altıncı ildir ki, digər ölkələrin hasilat səviyyəsini üstələyir.

“2023-cü ildə hasilat orta hesabla gündə 12,9 milyon barel olub və ABŞ-nin 2019-cu ildə müəyyən edilən əvvəlki qlobal rekordunu (12,3) qırıb”, – deyə hesabatda bildirilib.

Qeyd olunub ki, orta aylıq neft hasilatına gəlincə bu, 2023-cü ilin dekabrında gündəlik 13,3 milyon bareldən çox olmaqla rekord səviyyəyə çatıb.

Xatırladaq ki, Rusiyada sutkada 10,8 milyon barel olmaqla neft hasilatının pik həddi 2019-cu ildə, Səudiyyə Ərəbistanında isə 10,6 milyon barel olmaqla 2022-ci ildə qeydə alınıb. Daha sonra bu ölkələrdə hasilat OPEC+ sazişi çərçivəsində məhdudiyyətlər və əlavə könüllü ixtisarlara görə azalıb.

ABŞ, Rusiya və Səudiyyə Ərəbistanı birlikdə 2023-cü ildə qlobal neft hasilatının 40%-ni (32,8 milyon barel) təmin edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir