Dünya

NATO-nun qərargahında İsveç bayrağı qaldırıldı – VİDEO

Sharing is caring!


NATO-nun Brüsseldəki mənzil-qərargahında İsveçin Şimali Atlantika Alyansına qoşulması şərəfinə ölkənin dövlət bayrağı qaldırılıb.

Mərasimdə NATO-nun baş katibi Yens Stoltenberq, İsveçin baş naziri Ulf Kristersson və vəliəhd şahzadəsi Viktoriyanın iştirakı ilə baş tutub.

“Bu, tarixi bir gündür, İsveçi NATO-da salamlayırıq. İsveçin NATO-ya üzvlüyü bizi daha güclü edir”, – deyə Stoltenberq vurğulayıb.

Mərasim NATO himninin səsləndirilməsi ilə başa çatıb.

Xatırladaq ki, İsveç rəsmi olaraq keçən həftə Şimali Atlantika Alyansına qoşulub.

Mənbə: dp.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir