Dünya

Netanyahudan həbsxanalara göstəriş: “Minlərlə yer hazırlayın…”

Sharing is caring!


İsrailin Baş naziri Benyamin Netanyahu nazirliklərə həbsxanalarda minlərlə məhbus üçün yer hazırlamalarını əmr edib.

O bu barədə müdafiə, daxili təhlükəsizlik və maliyyə nazirliklərinin nümayəndələri ilə görüş zamanı deyib.

Görüş əsnasında İsrail Müdafiə Qüvvələri və İsrail Təhlükəsizlik Xidməti 2024-cü ildə minlərlə terrorçunun həbs olunacağına dair qiymətləndirmələr təqdim ediblər. Bu qiymətləndirmələrə əsasən, həbslərlə bağlı hazırlıq görülməsə, həbsxanalarda yer çatışmazlığı yarana bilər.

Xatırladaq ki, İsrail və HƏMAS arasında müharibə başlayandan bəri terrorda şübhəli bilinən 4000-ə yaxın insan həbs edilib. 

İsrail həbsxana xidməti gözlənilən artımla bağlı həm qısa, həm də ortamüddətli planlar təqdim edib və Netanyahu bu planları təsdiqləyib.

Qeyd edək ki, ötən həftə İsrail Müdafiə Qüvvələri və İsrail Təhlükəsizlik Xidməti inzibati həbsdə saxlanılan 40-a yaxın fələstinlinin sərbəst buraxıldığını və bununla da daha yüksək təhlükə səviyyəsi olan məhbuslara yer açılacağını bəyan edib.

Həmçinin qeyd edilib ki, sərbəst buraxılan şübhəlilərin gələn ay azadlığa çıxarılması planlaşdırılır.

Mənbə: “Times of İsrael”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir