Dünya

Qəzza zolağının bərpasının neçəyə başa gələcəyi açıqlanıb

Sharing is caring!


Fələstin-İsrail münaqişəsindən sonra Qəzza zolağının yenidən qurulması on milyardlarla dollara başa gələcək.

Bu barədə Misir prezidenti Əbdülfəttah əs-Sisi Qahirədə çıxışı zamanı bildirib.

“Qəzza zolağının yenidən qurulması 90 milyard dollara başa gələcək”, – o bildirib.

Prezident həmçinin qeyd edib ki, Misir Fələstin xalqına xəyanət etməyəcək və onu dəstəkləmək, qorumaq üçün əlindən gələni edəcək.

Əl-Sisi əlavə edib ki, Qahirə atəşkəsə nail olmaq və əhaliyə humanitar yardım çatdırmaq üçün hər cür səy göstərir.

Ölkə lideri bildirib ki, Misir yerüstü nəqliyyatla bağlı çətinliklərə görə hava yolu ilə anklava humanitar yardım çatdırmağa başlayıb. O, həmçinin sektorla sərhəddə yerləşən “Rəfah” nəzarət-keçid məntəqəsinin 24 saat açıq olduğunu və Misirin onun imkanlarından maksimum istifadə etməyə çalışdığını təsdiqləyib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir