Cəmiyyət

Bakıda yaşayış binasındakı təhlükəli vəziyyətlə bağlı AÇIQLAMA – FOTO/VİDEO

Sharing is caring!


Nizami Rayon İcra Hakimiyyəti (RİH) yaşayış binasında təhlükəli vəziyyətlə bağlı açıqlama verib. 

RİH-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nizami rayonu, E.Süleymanov küçəsi, 139 ünvanında yerləşən yaşayış binasının inşasına 1986-cı ildə “Azərsənayetikinti” dövlət şirkətinin “Bakısənayetikinti” Birliyinin sifarişi əsasında dörd nömrəli tikinti tresti tərəfindən başlanılıb:

“Amma binanın tikintisi başa çatdırılmayıb. Bildiririk ki, qeyd edilən ünvanda doqquzmərtəbəli, beşgirişli, 90 mənzilli binanın inşası nəzərdə tutulsa da, binanın birinci və ikinci girişləri səkkizinci mərtəbəyə qədər, üçüncü girişi birinci mərtəbəyə qədər, dörd, beş, altıncı girişləri isə beşinci mərtəbəyə qədər inşa olunub. Binanın inşasının başa çatmamasına baxmayaraq, orada 14 məcburi köçkün ailəsi və digər sakinlər məskunlaşıblar.

Eyni zamanda, nəzərinizə çatdırırıq ki, E.Süleymanov küçəsi 139 ünvanında inşası başa çatdırılmamış bina heç bir təşkilatın balansında deyil və sözügedən yarımçıq tikili ilə bağlı müvafiq tədbir görülməsi üçün tərəfimizdən aidiyyəti qurumlara dəfələrlə müraciət olunub”.

Qurumdan qeyd edilib ki, sözügedən binada hazırda heç bir tikinti işləri aparılmır:

“Həmin binada tikinti işlərinin aparılması ilə bağlı iddialar həqiqəti əks etdirmir”.

Qeyd edək ki, ötən gün Nizami rayonu ərazisində yerləşən yaşayış binasında təhlükəli vəziyyətin hökm sürməsi barədə görüntülər yayılmışdı. 

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir