Dünya

Avropa ABŞ-nin NATO-dan çıxmasına hazırlıq görməyə çağırır

Sharing is caring!


“NATO-ya üzv olan Avropa ölkələri ABŞ-nin Alyansdan çıxacağı ssenariyə hazır olmalıdırlar”.

Bu barədə bir sıra xarici diplomatlar xəbərdarlıq ediblər.

Onların təxminlərinə görə, bu variant respublikaçı Donald Trampın ABŞ prezident seçkisində qalib gələcəyi təqdirdə mümkündür.

“NATO-nun üzvü olan Avropa ölkələrinin paytaxtları Donald Trampın təhdidləri fonunda öz hərbi imkanlarını planlaşdırmalı və yenidən düşünməlidir”, – məlumatda bildirilir.

Qeyd olunur ki, Trampın ABŞ-nin NATO-ya üzvlüyü ilə bağlı sözləri böyük narahatlıq doğurur. Digər diplomat qeyd edib ki, mövcud vəziyyət bir daha Avropa İttifaqının NATO-dan hədsiz dərəcədə asılı olduğunu nümayiş etdirib. Üçüncü mənbə Avropa paytaxtlarını hərbi planlaşdırmanı nəzərdən keçirməyə və dövrün tələblərinə uyğun yeniləməyə çağırıb.

Həmçinin, Trampın ABŞ-ni NATO-dan çıxara və Avropanın müdafiəsindən imtina edə biləcəyi ilə bağlı qorxular da var.

Mənbə: The Telegraph

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir