Dünya

Ermənistan XİN rəhbəri: “Hazırda Azərbaycanla sülhün əldə edilməsi üçün imkan var”

Sharing is caring!


Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla münasibətlərin normallaşdırılması prosesindən danışıb.

Mirzoyan 1-3 mart tarixlərində keçirilmiş Antalya Diplomatiya Forumu çərçivəsində “Anadolu” agentliyinin Türkiyə-Ermənistan və Ermənistan-Azərbaycan normallaşma proseslərinə dair suallarını cavablandırarkən Azərbaycanla sülh sazişinin imzalanması üçün danışıqların davam etdirildiyini bildirib.

“Ümumilikdə Cənubi Qafqaz regionunda sabitliyin və sülhün möhkəmləndirilməsi üçün bu prosesi davam etdiririk”, – erməni nazir əlavə edib.

XİN rəhbəri tərəflər arasında bir sıra problemlərin olduğunu, lakin bunlardan bəzilərinin həlli istiqamətində Azərbaycanla razılıq əldə edildiyini diqqətə çatdırıb.

Mirzoyan iki ölkənin sərhədlərinin müəyyənləşdirilməsi və regional kommunikasiya xətləri ilə bağlı önəmli məsələlərdə tərəflərin yanaşmasının fərqli olduğunu vurğulayıb.

Erməni nazir Berlində azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi danışıqlara da toxunub. O, Ceyhun Bayramovla yeni görüşün tarixinin hələlik müəyyən olmadığını diqqətə çatdırıb.

Mirzoyan Ceyhun Bayramovla davamlı təmasda olduğunu bildirib və ən yaxın zamanda yeni görüşün tarixinin müəyyən olunacağına ümidini ifadə edib.

“Hazırda həqiqətən sülhün əldə edilməsi üçün imkanımız var”, – Mirzoyan bəyan edib.

Mənbə: Anadolu Ajansı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir