Dünya

Fransalı siyasətçi AK rəhbərinin planından yazdı: “Avropa kraliçası” ali baş komandan olmaq istəyir” – FOTO

Sharing is caring!


“Avropa İttifaqının yeni müdafiə strategiyası Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə imkan yaradacaq ki, Aİ-nin vahid ordusuna rəhbərlik etsin”.

Bu barədə Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo “X” hesabında paylaşım edib.

Onun sözlərinə görə, Ursula fon der Lyayen özünü elə məhz silahlı qüvvələrin baş komandanı kimi görür.

“Diqqət! Ursula artıq özünü “Avropanın kraliçası” hesab edirdi, indi silahlı qüvvələrin ali baş komandanı olduğunu düşünür”, – deyə Filippo paylaşımda qeyd edib.

“O, indicə “Avropa müdafiə proqramı” barədə bəyanat verdi ki, bu da “Aİ icra hakimiyyətinə üzv dövlətlər adından hərbi texnikanın alınmasını təşkil etməyə imkan verir.

Düz oxudunuz! Avropa Komissiyası “bizim adımızdan” hərbi texnika ala biləcək! Və təsəvvür edirsiniz ki, Ursula bütün bunları SMS vasitəsilə müzakirə edəcək?!

Avropa ordusundan özünüzü qoruyun! Gəlin milli müstəqilliyi və sülhü seçək!” – deyə Florian Filippo vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir