Dünya

Çex fermerlər Praqada etiraz aksiyası keçirəcəklər

Sharing is caring!


Çex fermerlər martın 7-də Praqa küçələrində yeni etiraz aksiyası keçirməyi planlaşdırır.

Məlumata görə, aksiyaya yüzlərlə kənd təsərrüfatı texnikası cəlb olunacaq. Onun marşrutu hökumət binaları və Letena düzənliyi ərazisindən keçəcək, bundan sonra hökumət binası qarşısında fermerlərin nümayişi keçiriləcək.

“Koalisiyaya daxil olan partiyalar bir neçə xırda güzəştə getsələr də, bu addımlar real problemləri həll etmir. Onlar fermerləri böhrandan xilas edə bilməyəcək yalnız qismən həllər və qeyri-kafi dəstək təklif edirlər”, – deyə Çexiya Kənd Təsərrüfatı İttifaqının sosial şəbəkə hesabında qeyd olunub.

Mənbə: iz.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir