Dünya

Vea Kuanene: “Bakı platforması Kanak hüquqları uğrunda mübarizəni yeni səviyyəyə qaldırmağımıza imkan verəcək”

Sharing is caring!


“Ümid edirik ki, Bakı platforması Kanakların hüquqları uğrunda mübarizəni yeni səviyyəyə qaldırmağa imkan verəcək”.

“Report” xəbər verir ki, bu barədə konfransda Fransadakı “Kanak” gənclər hərəkatının nümayəndəsi Vea Kuanene bildirib.

“Biz yerli xalqlarımızın hüquqlarını qorumaq üçün buradayıq. Kanakların mübarizəsinin məqsədi legitimliyə nail olmaqdır. Çalışırıq ki, problemimizi bütün dünyaya çatdıraq. Qoşulmama Hərəkatında iştirak edən ölkələrin dəstəyinə ümid edirik. Hüquqlarımız uğrunda mübarizə və bunun müzakirəsi Azərbaycanın sayəsində uğurlu olacaq və Bakının hüdudlarından kənara çıxacaq”.

Qeyd edək ki, sabah Azərbaycanın paytaxtında Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçiriləcək.

Toplantıda 14 ölkədən, eləcə də Fransanın dənizaşırı əraziləri və Korsikadan olan nümayəndələr iştirak edəcəklər.

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində bu il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir