Dünya

Castin Timberleyk: “Sən ən yaxşısan. Səni sevirəm”

Sharing is caring!


Müğənni Castin Timberleyk Britni Spirslə qalmaqalın fonunda həyat yoldaşı, aktrisa Cessika Bilə müraciət edib.

Castin Timberleyk sevgilisini 42 yaşı münasibətilə təbrik edərək sosial şəbəkə hesabında Cessika ilə nadir görüntülərini yayımlayıb.

“Bunu deməyin başqa yolu yoxdur. Sən ən yaxşısan. Səni sevirəm. Ad günün mübarək”, – deyə Castin Timberleyk yazıb.

Pərəstişkarları müğənninin bu hərəkətini yüksək qiymətləndiriblər. Onlar da aktrisanı təbrik ediblər.

“O səninlə çox gözəldir, ona diqqət yetir”, “Mən həsəd aparsam da, bu məni xoşbəxt etdi. Ad günün mübarək!”, “Dünyanın ən yaxşı cütlüyü. Ad günün mübarək”, – deyə sosial şəbəkə istifadəçiləri yazıblar.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir