Dünya

Almaniyada kanslerin iqamətgahına hücum olub – FOTO

Sharing is caring!


“Son Nəsil” iqlim fəalları qrupunun üzvləri şənbə günü Almaniya kanslerinin iqamətgahının fasadına narıncı boya atıblar.

Qrupun paylaşdığı fotolarda böyük hərflərlə yazılmış “Kömək edin!” yazısı görünür.

Həmçinin, kadrlarda bir neçə fəal divarın qarşısında oturub və ya yerdə uzanıb.

Fəallar Almaniya hökumətini iqlim dəyişikliyi ilə bağlı gənc nəsil qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıblar.

Berlin polisi insidentlə bağlı araşdırma aparır və şəxsiyyətlərini yoxlamaq üçün 13-16 yaş arası 16 yeniyetməni saxlayıb.

Polis maddi ziyanla bağlı araşdırmalara başlayıb.

Mənbə: eurointegration.com.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir