İdman

Abramoviçin “Çelsi”nin satışından əldə etdiyi gəlir Ukraynaya köçürülməyib

Sharing is caring!

Böyük Britaniya Roman Abramoviçin İngiltərə Premyer Liqasında (APL) çıxış edən “Çelsi” futbol klubunun satışından əldə etdiyi gəliri Ukraynaya köçürməyib.

Bunu noyabrın 8-də Britaniya xarici işlər nazirinin müavini Leo Doçerti bildirib.

XİN rəsmisinin sözlərinə görə, Britaniya Ukraynaya 3,5 milyard funt sterlinq (təxminən 4 milyard ABŞ dolları) köçürməli idi, lakin bu, hələ həyata keçirilməyib. Belə ki, Abramoviçə məxsus vəsaitlər onun hesabında dondurulub.

“İnzibati işlər görülüb, onun hesabları ilə əməliyyatların aparılmasına icazə vermək üçün lisenziya verilib. Ümid edirik ki, bu, Ukraynaya və ona ehtiyacı olan insanlara yardıma gedən yolun yalnız başlanğıcıdır”, – Böyük Britaniya xarici işlər nazirinin müavini bəyan edib.

Xatırladaq ki, bu ilin martında Ukraynada müharibənin başlaması ilə əlaqədar Britaniya hakimiyyəti Roman Abramoviçə qarşı sanksiyalar tətbiq edib. Onun Böyük Britaniyadakı aktivləri dondurulub və ona Britaniya fiziki və hüquqi şəxsləri ilə hər cür əməliyyatlar etmək qadağan olunub.

Mayın 26-da isə “Çelsi” klubunun amerikalı iş adamı Todd Boelinin konsorsiumuna 5,33 milyard dollara satıldığı açıqlanıb. Müqavilənin şərtlərinə görə, bu məbləğin xeyli hissəsi Ukraynadakı zərərçəkənlərə yardıma yönəldilməlidir.

Mənbə: rossaprimavera.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir