Dünya

Rusiya XİN rəhbəri: “İrəvanın KTMT-də iştirakı ilə bağlı yekun qərarı gözləyirik”

Sharing is caring!


“Ermənistanda nədənsə hesab edirlər ki, ən yaxın qonşularla deyil, dostlara qarşı çıxanlarla əməkdaşlıq qurmalıdırlar”.

Bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Sergey Lavrov Antalya Diplomatik Forumunun yekunlarına dair mətbuat konfransında deyib.

O bəyan edib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) statusu ilə bağlı qərar verməlidir.

“Moskva İrəvanın cavabını gözləyir”, – deyə o əlavə edib.

Rusiyalı nazir İrəvanın Rusiya ilə münasibətləri pisləşdirmək siyasəti yürütmək qərarına gəlməsindən təəssüfünü bildirib və bunun müttəfiqlik münasibətləri çərçivəsinə sığmadığını deyib.

Mənbə: RT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir