İdman

Bakıda keçirilən Dünya Kubokunun daha üç qalibi bəlli oldu – YENİLƏNİB

Sharing is caring!

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun daha üç qalibi bəlli olub.

“Report”un məlumatına görə, paralel qollarda kişilərin yarışını Filippin təmsilçisi Karlos Edriel Yulo qazanıb.

O, 15 400 xal toplayaraq qızıl medala sahib olub. İkinci yeri 15 366 xal qazanmış ukraynalı İliya Kovtun tutub. Bürünc medalın sahibi isə 14 600 xalla fransalı Ley-Kameron Bernard olub.

Qadınların dayaqlı tullanma yarışlarında birinci yeri Fransa təmsilçisi Kolin Devilard tutub. O, çıxışını 13 683 xalla başa vurub.

İkinci yerin sahibi 13 433 xalla Özbəkistan təmsilçisi Oksana Çusovitina olub.

Çin gimnastı Limmin Yu 13 383 xalla bürünc medal qazanıb.

Müxtəlif hündürlüklü qolla qadınların yarışını çinli Qiyuan Qiu qazanıb.

O, 14 700 xal toplayaraq qızıl medala sahib olub. İkinci yeri 14 000 xal qazanmış italiyalı Giorgiya Vilya tutub. Bürünc medala isə 13 766 xalla Niderland təmsilçisi Sanna Verman yiyələnib.

Xatırladaq ki, daha əvvəl kişilər arasında sərbəst hərəkətlərdə Qazaxıstan təmsilçisi Milad Kərimi və halqalarda isə həmyerlimiz Nikita Simonov çempion olublar.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən Dünya Kubokuna martın 12-də yekun vurulacaq.

13:46

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun ilk mükafatçıları bəlli olub.

“Report”un məlumatına görə, bu gün baş tutan final mərhələsində kişilər arasında sərbəst hərəkətlərdə Qazaxıstan təmsilçisi Milad Kərimi çempion olub. O, ümumilikdə 14 200 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.

İkinci yeri 13 933 xal toplamış ukraynalı İliya Kovtun tutub. ABŞ təmsilçisi Rili Ruus isə 13 733 xalla bürünc medal qazanıb.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən Dünya Kubokunun finalları bu gün və sabah davam edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir