Dünya

Məşhur müğənninin baldızı həbs edildi: Barda qalmaqal yaradıb – FOTO

Sharing is caring!


Məşhur müğənni Castin Biberin həyat yoldaşı, model Heyli Biberin bacısı Alaya Bolduin barda dava saldığı üçün həbs edilib.

Alaya Bolduinin qalmaqal çıxardığı barın sahibi polisə zəng edib və onun müəssisənin əməkdaşlarına hücum çəkdiyini, məkanı tərk etməkdən imtina etdiyini deyib.

ABŞ-nin Corcia ştatında yerləşən barın iki mühafizəçisi və bir barmen qadın hüquq-mühafizə orqanlarının əməkdaşlarına fiziki zorakılıq cəhdləri barədə məlumat veriblər. Onların sözlərinə görə, Alaya işçilər üçün olan ayaqyoluna girmək istəyib, lakin buna icazə verilmədikdə qəzəblənib, daha sonra isə mühafizəçilərdən birinin saçını qoparıb və onu sakitləşdirməyə çalışan ikinci mühafizəçinin qasıq nahiyəsinə təpik vurub.

Barmen qadın Alayanı ayaqyolundan çıxmağa razı salmağa çalışsa da, o, ürəyi bulandığını və tamponunu dəyişməli olduğunu bildirib. Barmen qadın içəri girmək istəyəndə Alaya onun üzərinə tampon atıb.

Bolduin polisə açıqlamasında özünü müdafiə etdiyini deyib. Alaya hücum və şəxsi əraziyə qanunsuz giriş ittihamı üzrə həbs edilib.

Mənbə: TMZ

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir