Dünya

Rusiyadan Ermənistanın daha bir məhsulunun idxalına QADAĞA

Sharing is caring!


Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) laboratoriya monitorinqi zamanı Ermənistandan qırmızı kürü və Belarusdan ət məhsullarının tədarükü zamanı pozuntular aşkarlayıb.

Məlumata görə, Ermənistanın “Max Fish” şirkətinin qırmızı kürüsündə koliform bakteriyaları aşkar edilib. Bununla əlaqədar olaraq, bu müəssisədən kürü tədarükünə müvəqqəti məhdudiyyətlərin tətbiqi qərara alınıb.

Bundan başqa, Belarusun “Belfood Production” MMC-nin istehsal etdiyi ət konservlərinin tərkibində antibakterial preparatlar – ketoprofen, meloksikam və fluniksin aşkar edilib. Qaydalara görə, konservlərdə belə preparatların olmasına icazə verilmir.

“Rosselxoznadzor” bu müəssisənin məhsullarına təkmilləşdirilmiş laboratoriya nəzarətini tətbiq etmək qərarına gəlib.

Oxşar tədbir kəsilmiş mal ətinin dondurulmuş bloklarında listeria aşkarlanması ilə əlaqədar “Mogilev Raipo” şirkətinə qarşı da görülüb.

Xatırladaq ki, bundan bir qədər öncə Ermənistandan idxal olunan “Cermuk” mineral suyu Rusiyada bir istehlakçının ölümünə səbəb olmuş və bu səbəbdən həmin içkinin ölkəyə gətirilməsinə qadağa qoyulmuşdu.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir