Dünya

Dünyanın ən səs-küylü balığı müəyyən olundu – FOTO/VİDEO

Sharing is caring!


Okeanın ən səs-küylü balığı müəyyən edilib.

Alman elm adamları aparılan araşdırmalardan sonra, bu balığın uzunluğu cəmi 12 millimetr olan “Danionella serebrum”u olduğu qənaətinə gəliblər.

Əslində, bu məsələ tam təsadüfən ortaya çıxıb. Belə ki, alimlər laboratoriyada akvariumdan gələn sirli tıqqıltı səslərini eşidiblər və bunun mənşəyini araşdırmağa başlayıblar.

Məlum olub ki, bu səs kiçik, şəffaf balıqdan gəlir, o, üzmə kisəsi vasitəsilə bu səsi çıxardır. Müşahidələr göstərib ki, “Danionella serebrum” çox kiçik ölçüsünə baxmayaraq, suda 140 desibel həcmində səs çıxarmağa qadirdir – bu, çəkic zərbəsinin səsi, yaxud silahdan açılan atəş səsi ilə müqayisə edilə bilər.

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, “Danionella serebrum” indiyə qədər kəşf edilmiş ən səs-küylü dəniz balığıdır.

Mənbə: Focus.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir