Dünya

Macarıstan parlamenti İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib

Sharing is caring!


Macarıstan parlamenti İsveçin NATO-ya daxil olması haqqında ərizəsini ratifikasiya edib.

Bu barədə ölkənin ali qanunverici orqanının saytında yayımlanan iclasın moderatoru məlumat verib.

Deputatların böyük əksəriyyətinin İsveçin alyansa qoşulmasını dəstəkləməsindən sonra o, “Qərar verildi” – deyə bildirib.

Səsvermənin nəticələri tabloda göstərilib: 188 lehinə, 6 əleyhinə.

Qeyd edək ki, Macarıstan parlamentində 199 deputat var. Bununla da, Macarıstan İsveçin müraciətini təsdiqləyən sonuncu NATO ölkəsi olub.

Həmçinin, Macarıstan parlamenti ölkə prezidenti Katalin Novakın fevralın 10-da təqdim etdiyi istefa ərizəsini təsdiq edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir