Dünya

“Windows”da fotolardan arzuolunmaz obyektləri necə silmək olar? – FOTO

Sharing is caring!


“Microsoft” “Windows” 10 və 11-də istifadəçilərə fotolardan arzuolunmaz obyektləri silməyə imkan verən “Photos” proqramı üçün “Generative Erase” (Generativ silinmə) funksiyasını təqdim edib.

“Generative Erease” funksiyası süni intellektlə işləyir və bir neçə toxunuşla fotolardan arzuolunmaz obyektləri silməyə imkan verir. Oxşar alət artıq “Photoshop”da və hətta “Google Pixel”, “Samsung Galaxy S24” və digər smartfonlarda da tətbiq edilib.

“Generative Erase”dən istifadə etmək üçün istifadəçi “Photos” proqramında şəkil redaktorunu açmalı və “Erase” funksiyasını seçməlidir. Bundan sonra istifadəçi silmək istədiyi obyekti seçmək üçün fırçadan istifadə etməlidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir