Siyasət

Zəfər Sırakaya: “Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq haqları var”

Sharing is caring!


“Ümumdünya İnsan hüquqları Bəyannaməsinin 13-cü bəndinə uyğun olaraq, Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq haqları var”.

“Report” xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Zəfər Sırakaya “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.

TBMM üzvü bu il 100-cü ildönümü qeyd edilən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini hörmətlə yad edərək Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərindən söz açıb və bu əlaqələrin bölgədə sülh üçün böyük əhəmiyyət daşıdığını bildirib.

Keçmiş münaqişənin Azərbaycan xalqı üçün ağır humanitar nəticələrini xatırladan natiq Ermənistandan azərbaycanlıların qovulmasını və bu ölkədəki Azərbaycan mədəni irsinin dağıdılmasını ürək ağrısı ilə qeyd edib.

Z.Sırakaya Azərbaycanın öz torpaqlarını azad etməsi ilə bölgədə davamlı sülh üçün əlverişli imkan yarandığını bildirib.

O, keçmişin ağrılı səhifəsini qapadaraq gələcəyə baxmaq zamanının gəldiyini qeyd edib və Azərbaycanın sülh səylərinə dəstəyini ifadə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir