Dünya

Paşinyan: “Rusiya Ermənistan əhalisini birbaşa çevrilişə çağırdı”

Sharing is caring!


“Rusiya birbaşa olaraq Ermənistan əhalisini Ermənistanda dövlət çevrilişi etməyə çağırdı və Moskvanın təbliğatı səngiməyib”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində deyib.

“Biz xüsusilə rusiyalı fərari Dmitri Setrakovun Ermənistanda Rusiya hərbçiləri tərəfindən oğurlanmasından narahatıq”, – deyə Paşinyan bildirib.

Bu kontekstdə Ermənistanın baş naziri qeyd edib ki, Ermənistan ərazisində bu cür qanunsuz hərəkətlər yolverilməzdir.

Onun sözlərinə görə, İrəvanın tələbləri yerinə yetirilməsə, bunun nəticələri olacaq.

Mənbə: Erməni KİV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir