Dünya

Latviya Rusiya və Belarusdan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub

Sharing is caring!


Latviya Seymi (parlamenti) Baltikyanı ölkəyə istehlak üçün Rusiya və Belarusdan kənd təsərrüfatı və yem məhsullarının idxalına qadağa qoyub.

Bu barədə ölkənin qanunverici orqanı məlumat yayıb.

“Kənd təsərrüfatı və kənd yerlərinin inkişafı haqqında qanuna qəbul edilmiş dəyişikliklər Latviyaya istehlak üçün Rusiya və Belarusdan kənd təsərrüfatı və yem məhsullarının idxalına qadağa qoyur”, – Seymin saytında yerləşdirilən məlumatda qeyd olunub.

Dəyişikliklərə əsasən, məhsullar, Rusiya və Belarusda istehsal olunubsa, üçüncü ölkələrdən də idxal edilə bilməz. Qadağa Latviyada qalan məhsullara şamil edilir.

Seym hökumətə iki həftə ərzində qadağanın tətbiqi qaydalarını hazırlamağı tapşırıb.

Mənbə: kp.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir