Dünya

2023-cü ilin ən populyar smartfonları AÇIQLANDI

Sharing is caring!


2023-cü ildə “Apple” smartfonları dünyada ən çox satılan smartfonlar siyahısında yeddi mövqe tutub. Onlarla yalnız “Samsung”un ucuz modelləri rəqabət apara bilib.

Bu barədə “Counterpoint Research” analitik şirkətinin araşdırmasında deyilir.

İlk üç yeri müvafiq olaraq “iPhone 14”, “14 Pro Max” və “14 Pro” bölüşdürüb. Satışların yarısı ABŞ və Çindən gəlib.

Dördüncü yerdə Yaponiya və Hindistanda xüsusi tələbat olan “iPhone 13” modeli qərarlaşıb. Beşinci, altıncı və yeddinci yerləri “iPhone 15 Pro Max”, “15 Pro” və “iPhone 15” smartfonları tutub.

İlk 10-luqdakı yeganə digər marka ucuz “Galaxy A14 5G”, “Galaxy A04e” və “Galaxy A14 4G” ilə son üç yeri tutan “Samsung” markalı smartfonlardır. Bununla belə, “Samsung”un heç bir flaqman smartfonu reytinqə daxil edilməyib.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir